Keçən il BQXK Azərbaycan nümayəndəliyi 80 başçəkmə keçirib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi keçən il 80 başçəkmə (19 saxlanma məntəqəsində) keçirib. Bu barədə SİA-ya BQXK-dan məlumat verilib.

Qeyd olunub ki, başçəkmə məhbusların saxlanılma şəraitini, onlarla rəftarı qiymətləndirmək və ailə əlaqələrinə dəstək göstərmək üçün reallaşıb.

Bildirilib ki, Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə onların ailə üzvləri arasında 1 600, Ermənistanda saxlanılan Azərbaycan vətəndaşları ilə onların ailə üzvləri arasında isə 40 şifahi, yazılı və video mesajlar ötürülüb, və telefon zəngləri baş tutub: "6 000-dən çox saxlanılan şəxs yay və qış paltarları, alt paltarları, ayaqqabılar, gigiyenik bağlamalar, kitablar, idman ləvazimatları və s. daxil olmaqla fərqli malların ianəsindən faydalanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə