“Azərbaycanla Çinin münasibətləri maraq doğuran səviyyədə inkişaf edir” - ŞƏRH EDİLDİ
“Müasir dövrdə Azərbaycanla Çinin münasibətləri həqiqətən maraq doğuran istiqamətdə və səviyyədə inkişaf edir. Çinin dövlət başçısının Azərbaycan Prezidentinə ad günü təbriki və məktubda ifadə olunan fikirlər də bunu deməyə əsas verir. Çinlə münasibətləri və əməkdaşlığı indiki səviyyəyə gətirib, çıxarmaq Azərbaycan diplomatiyasının və şəxsən Azərbaycan ölkə başçısının dərin diplomatik qabiliyyətindən xəbər verir. Bəllidir ki, Çin dünyanın çox güclü geosiyasi, geoiqtisadi mərkəzlərindən birinə çevrilib. Hətta Çin iqtisadi, texnoloji inkişafın səviyyəsi və dünyada gedən proseslərə təsir göstərmək baxımından bir çox hallarda Rusiya və ABŞ-ı da üstələyir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Ekspert bildirib ki, Çin həqiqətən super güc olaraq özünü sürətlə təsdiqləməkdədir: “Bu da onu göstərir ki, Çin kimi bir ölkənin strateji əməkdaşlıqda Azərbaycana üstün mövqedən yanaşması təsadüfi deyil və bu Azərbaycanın da dünyanın maraqları çərçivəsində təsirli siyasət apardığı qənaətinə gəlməyə əsas verir.
Hər kəsə məlumdur ki, illər öncə Ermənistan da Çinə çox böyük maraq göstərirdi. Çin ilə münasibətlərin qurulması üçün dəridən, qabıqdan çıxırdılar, hətta Çinə xüsusi məktublar da yazılmışdı. Ermənistan Çinlə əlaqələrin inkişafı üçün böyük səy göstərirdi. Amma Ermənistan özü belə Çinə doğru atdığı addımların perspektivinin olmadığını anladı. Əslində Çin də Ermənistan kimi bir ölkə ilə əməkdaşlığın perspektivlərini yüksək görmədi və region dövlətləri arasında əməkdaşlıq üçün Azərbaycanı seçdi. Azərbaycan kiçik ölkə olsa da, qlobal təsirləri olan siyasət apara bilir. Bu da Çinin diqqətini cəlb edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB