Prezident İlham Əliyev açılış mərasimində iştirak edib - YENİLƏNİB-4/FOTOLAR

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər.

Əvvəlcə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəricilərindən və layihənin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mərasim iştirakçılarını salamladı.

Sonra Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç çıxış edərək layihə barədə məlumat verdi.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Daha sonra Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və Avropa İttifaqının Serbiyadakı daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre çıxış etdilər.

Prezidentlər İlham Əliyev, Aleksandar Vuçiç, Rumen Radev və Aİ-nin daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunu işə saldılar.

Bütün xəbərlər Facebook səhifəmizdə