"İsrail-Fələstin münaqişəsi Qərbə lazım deyildi" -MÜNASİBƏT

“İsrail-Fələstin münaqişəsi Qərbə lazım deyildi. Çünki Qərb bütün diqqəti Ukrayna münaqişəsinə yönəltmişdir və burada Rusiyanı məğlub etməyi düşünürdü. Bunlada Ukraynada olan bütün diqqətləri İsrail-Fələstin münaqişəsinə yönəltdi və Ukrayna olan dəstəyini azaltdı”. Bunu SİA-ya açıqlamasında politoloq Tural Rzayev deyib.

Onun sözlərinə görə, hərbi əməliyyatların Qəzza zonasında həyata keçirilməsi Qərbi çox pis vəziyyətdə saldı: “Faktiki olaraq, bir tərəfdən İran, Rusiya, Çin ittifaqı bu məsələdə Fələstini dəstəklədiyi halda, digər tərəfdən qarşı tərəf ABŞ öz yaxın müttəfiqləri ilə münasibətlərində problemlər yaşadı deyək ki, Səudiyyə Ərəbistanı, Misir Qətər, İordaniya və s.kimi ərəb-müsəlman ölkələri açıq şəkildə ABŞ-ı qınadılar. Ancaq ABŞ İsraili məcbur edə bilmirdi bu əməliyyatları dayandırsın. Bəzi Avropa ölkələri nə qədər İsraili dəstəklədiklərini bildirsələr də Avropa ictimaiyyətində də bu məsələ kifayət qədər İsrail əleyhdarlarını artırdığını, xüsusilə də Qəzza zolağından uşaqların və yaşlıların öldürülməsi narahatlıq doğurur və ABŞ, Avropa ittifaqı İsraili məcbur edirlər ki, müharibəni dayandırsın. Çünki hərbi əməliyyatların bu şəkildə davam etməsi ABŞ-ın və Avropa İttifaqının Yaxın Şərqdəki dayaqlarını sarsıdır, maraqlarına zərbə vurur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə