Türkiyədə aldadılan diplomatlar səfirlik işçiləri deyil - RƏSMİ

Türkiyədə Azərbaycan diplomatlarının aldadılması ilə bağlı mediada yayılan xəbərlər ilə əlaqədar qeyd edək ki, sözügedən diplomatların Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və ya Baş konsulluqları ilə heç bir bağlılığı yoxdur. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Belə bir hal-baş verdiyi məlumdur və zərərçəkən şəxslər Türkiyədəki beynəlxalq təşkilatlarda çalışan əməkdaşlar olublar.

Bir neçə il bundan əvvəl, qeyd edilən diplomatlar çalışdıqları beynəlxalq təşkilatın işinə aidiyyəti olmadan öz şəxsi təşəbbüsləri əsasında maliyyə sərmayəsi etmək qərarına gəliblər və onlar xəbərlərdə səslənən vəsaitin yalnız bir qismi ilə ziyan çəkiblər.

Hal-hazırda, qeyd edilən şəxslərin iddiası əsasında məsələ Türkiyənin müvafiq hüquq-mühafizə orqanları və məhkəməsi tərəfindən nəzarətə götürülüb və araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə