“Dünyanın gözü qarşısında Fələstində qətliam törədilir” - NAZİR

“Dünyanın gözü qarşısında Fələstində qətliam törədilir” - NAZİR

“Bu gün bütün dünyanın gözü qarşısında Fələstində qətliam törədilir”. SİA xəbər verir ki, bu sözləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki Bakıda səfəri çərçivəsində Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir sözlərinə belə davam edib: “Orada sadəcə iki ordu savaşmır. Həm də günahsız insanlar ölür. Bunlar dəhşətli görüntülərdir. Onları izləmək belə böyük cəsarət tələb edir. Amma bunu qınamağı bacarmayan Avropa va Amerika var. Çox təəssüf edirik. Biz birlik olsaq, qarşımızdakı pislər bizə heç nə edə bilməz. İnşallah bundan sonra bərabər olmağa davam edəcəyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə