“Barabər güclər arasında qarşıdurma uzunmüddətli və dağıdıcı olur” - HƏRBİ EKSPERT

“Barabər güclər arasında qarşıdurma uzunmüddətli və dağıdıcı olur” - HƏRBİ EKSPERT

“Dünyada baş verən bütün proseslərdə, o cümlədə İsrail-HƏMAS qarşıdurmasında Azərbaycanın dövlət maraqlari bütün digər münasibət və hisslərdən üstün tutulmalıdır və təssüflər olsun ki, mən sosial şəbəkələrdə bunun əksinə olan mövqelər görürəm”. Bunu SİA-ya açıqlamasında Arif Paşa deyib.

Onun sözlərinə görə, dünyanın indiki durumunda, beynəlxalq hüququn konyuktur maraqlara uyğunlaşdırılması, BMT və digər beynəlxalq təşkilatların formal və təsir gücünü itirmiş oyuncaq qurumlara çevrildiyi bir vaxtda bizə güclü Azərbaycan, üstəgəl etibarli tərəfdaşlar düsturu çox vacibdir: “Bu sabahkı təhlükəsizliyimiz və var olmamız üçün əsas şərtdi. Dünyanın haqqın yox, gücün yanında olduğu bir vaxtda biz etibarli tərəfdaşlari layiqincə dəyərləndirməyə borcluyuq. İsrail-HƏMAS qarşıdurması geniş coğrafi ərazini əhatə etməyəcək. Siyasi mövqe və mənəvi baxımından bu areal geniş ola bilər, ancaq real və əməli qarşıdurma baxımından bu coğrafiya geniş olmayacaq. Barabər güclər arasında qarşıdurma uzunmüddətli və dağıdıcı olur. HƏMAS-İran-Rusiya ücbucağı və buna siyasi və mənəvi dəstək verənlərlər əks tərəfdən güc və təsir imkanları baxımından çox zəifdir. İndiki dünyanın düşüncə tərzi, cevik informasiyalılıq və hadisələrə müdaxilə imkanlarını nəzərə alcaq qarşıdurmanın boyuk ərazilərə yayılması real görünmür”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə