Zərərçəkmiş: "Elə şey ola bilməz ki, hamı Meşəlidə olsun Vaqif evdə otursun"

Zərərçəkmiş: "Elə şey ola bilməz ki, hamı Meşəlidə olsun Vaqif evdə otursun"

"Mən Vaqifi yox, qardaşı Qurgini tanıyıram". SİA xəbər verir ki, bu sözləri qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində çıxış edən Çərkəz Mehralıyev deyib.

“Kəndimizin başına bütün vəhşilikləri gətirdilər. Anam, bacım və qızım o günü xəsarət alıb. Əsas gülləni ayaqdan vururdular ki, insanlar sürünsün. Əzab çəkib, gedə bilməsinlər. Özüm də kənddə idim. Badara kəndinin içində nifrət var idi. Dəfələrlə iki kənd arasında söz-söhbət olub. Bizə deyirdilər ki, çıxın gedin. Vaqif başdan-ayağa yalan deyir. Mal-qaramızı qırırdılar. Əkin sahələrinə dərman tökürdülər. Bütün sistem Vaqifin əlində idi. Bütün Badara Meşəlidə idi. Elə şey ola bilməz ki, hamı Meşəlidə olsun Vaqif evdə otursun”.

Vaqif bildirib ki, heç bir işə qarışmamışam: “Sənin adın Çərkəzdir. Mənim də atamın adı Çərkəz olub. Hamı burdadır da biri mənə desin ki, Vaqif mənə əl uzadıb, mənə dəyib. Mən heç vaxt yalan danışmaram. Yalanı ancaq siz danışırsız. Heç vaxt kiminsə xətrinə dəyməmişəm. Bütün Azərbaycan xalqından üzr istəyirəm. Yenə də deyirəm orada olmamışam”.

Bütün xəbərlər Facebook səhifəmizdə