“Qardaşlığın ən böyük təntənəsi Şuşa bəyannaməsidir” - HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Qardaşlığın ən böyük təntənəsi Şuşa bəyannaməsidir” - HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Türkiyə-Azərbaycan qardaşlığı ən yüksək səviyyədə davam edir. Bu qardaşlığın ən böyük təntənəsi Şuşa bəyannaməsidir. Şuşa bəyannaməsi ilə siyasi, iqtisadi, humanitar, hərbi və digər sahələrdə əlaqələrimiz daha da dərinləşib”. Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sərdi Emin Həsənli deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə arasında hərbi baxımdan əməkdaşlıq yüksək səviyyədədir: “Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan ordusu türk modelinə keçir, bunu üçün qanunvericilik bazası təkmilləşib, ordumuz daxilində dəyişikliklər aparılıb. Türkiyə ilə birgə xeyli sayda hərbi təlimlər keçirilir. İndidə işğaldan azad edilmiş ərazilərdə bu təlimlər həyata keçiriləcək. Türk şahinləri Azərbaycan şahinləri ilə birgə azad edilmiş ərazilərin üzərində uçuşlar həyata keçirəcəklər. Bunun önəmi çox böyükdür. İndi dünyamız ən gərgin dövrünü yaşayır, Rusiya-Ukrayna, Fələstin-İsrail müharibəsi və dünyanın bir çox ərazilərində müharibələr davam edir və bu müharibələrin olduğu bir dünyada güclü ordunun olması çox vacibdir. Türkiyə-Azərbaycan dövlətinin qarantiyasıdır, Azərbaycan da Türkiyə dövlətinin qarantiyasıdır. Şuşa bəyannaməsinə uyğun olaraq bir-birinə hər hansısa bir hücum olarsa digər dövlət ona kömək edəcək, o cümlədən hərbi yardım edəcək. Bunun üçün də qoşunların koordinasiyalı fəaliyyəti çox önəmlidir. Birgə təlimlər keçirdikcə ordu daha da güclənir və moderinləşir. Ona görə də təlimlərin keçirilməsinin hərbi, siyasi, mənəvi, psixoloji əhəmiyyəti həddindən artıq böyükdür”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə