"Prezident Xankəndidə çoxlarına böyük bir tarix dərsi verdi" - SİYAVUŞ NOVRUZOV
"Mən də təbriklərə qoşuluram. Ümummilli Lider Heydər Əliyevin bir sözü var ki, "Müstəqillik bizim ən böyük sərvətimizdir". Müstəqilliyin ən böyük şərti isə müstəqil ölkənin ərazi bütövlüyüdür". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat sözlərinə belə davam edib: "Ulu Öndər Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxladı, cənab İlham Əliyev isə onu tam şəkildə bərpa etdi.
Prezidentimiz Xankəndidə çoxlarına böyük bir tarix dərsi verdi. Cənab İlham Əliyev Azərbaycana qarşı iftiralar atanlara mesaj göndərdi. Birincisi qeyd etdi ki, "Mən bu meydanda dövlət tədbirlərində iştirak edərkən siz heç doğulmamışdınız. Əvvəl Xankəndi yolunu tanımayanlar indi Xankəndi haqqında danışır".
İkincisi isə bildirdi ki, "Burada tikilənlərin əksəriyyətini məni atam tikib. Yəni, mən öz elimə gəlmişəm və bu şəhər mənim şəhərimdir". Bu çox böyük bir mesaj idi. Allah Prezidentimizi qorusun. Qələbə hər zaman Azərbaycanladır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB