“Azərbaycanın diplomatik gedişləri Ermənistanı birdəfəlik məğlubiyyətə düçar edir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycanın diplomatik gedişləri Ermənistanı birdəfəlik məğlubiyyətə düçar edir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Artıq Qarabağdan ermənilərin köçü başlayıb. Köç edən ermənilər Azərbaycana qarşı aparılan 30 illik işğalın sona yetdiyini dərk edirlər. 44 günlük müharibədə onlar məğlub oldular və müharibədən keçən 2 il yarım müddətində də başa düşdülər ki, Azərbaycanın diplomatik gedişləri onları birdəfəlik məğlubiyyətə düçar edir. Artıq Qarabağda olan ermənilər apardıqları siyasətin iflasa uğradığını, dünyanın onların yalançı göz yaşlarına inanmadıqlarını görürlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Azərbaycan suverenliyinin təmin edilməsi üçün işlər aparır:

“Qarabağda cinayət törədən bir çox erməni kimi Arayik Artunyan da mütləq qanun qarşısında cavab verəcək. Hansı ki, hazırda hər kəsdən öncə məhz o öz ailəsini Qarabağdan çıxarıb, xaricdəki malikanələrinə göndərib.

Ermənistanın böyük bacısı olan Fransa da müəyyən yollar ilə sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır. Bizim apardığımız siyasət çox düzgündür və bu da erməniləri narahat edir. Xüsusilə də Laçın buraxılış məntəqəsinin açılması onların işlərinə böyük maneə yaratmış oldu. Bu ilin sonuna qədər də mütləq şəkildə sülh müqaviləsi imzalanacaqdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə