"Türkiyə güclü daxili və xarici siyasətlə öz yoluna davam edəcək" - TÜRK POLİTOLOQ AÇIQLADI

"Bildiyimiz kimi, yenidən Türkiyədə prezident seçilən cənab Rəcəb Tayyib Ərdoğan bir sıra kadr islahatları həyata keçirib. Bu da yeni təyin olunan nazirlər üçün əla başlanğıcdır və yüksək enerji ilə Türkiyə hədəflərinə doğru irəliləyir". Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Hakan Aktürk sözlərinə belə davam edib: "Türkiyə Müdafiə Nazirliyində Baş Qərargahın Sədri Yaşar Gülərin, Türkiyə Milli Kəşfiyyat Təşkilatı Hakan Fidanın Xarici İşlər nazirliyinə və həmyerlim, böyüyüm olan İbrahim Kalının Türkiyə Milli Kəşfiyat Təşkilatı naziri təyin edilməsi ən önəmli dəyişikliklərdəndir. Bütün dünya ölkələrinin yaxından izlədiyi bu təyinatlar ilə Türkiyə güclü daxili və xarici siyasətlə öz yoluna davam edəcək.

Siyasi sabitliyin verdiyi güvən və qlobal böhranlarda izlənilən doğru strategiyalarla istehsalda, məşğulluqda, sağlamlıqda və ədalətdə sarsılmaz təməllər qoyulmuşdur. Türkiyə vizyonu sivil siyasəti və Türkiyənin taleyinə təsir edəcək qərarları verə bilər.

Çalışqanlığı, strateji uzaqgörənliyi, praqmatizmi və mübarizə əzmi ilə daim rəqiblərindən fərqlənən Müxalifətin “artıq yeni ümid vermək mümkün deyil” dediyi bir vaxtda Ərdoğan Türkiyənin Əsrinə dair baxışı ilə cəmiyyətin bütün təbəqələrinə çatmağı hədəfləyən perspektiv təklif etdi. Bu Türkiyədə yaşayan hər kəsin, fərqli kimlikli toplumların və fərdlərin eyni anda rifahını, azadlığını və ədalətini təmin edəcək. Fərqli kimliyin tələblərinə cavab verməklə yanaşı, həm də illərin daxili və xarici qəyyumluğa qarşı mübarizə xərclərini dəf etməli, yeni sosial sinerjinin reseptinə çevrilməlidir. Bu baxış milli iradənin nə qədər çətin olduğunu yaxşı bilir.

Biz son on ili gərgin mübarizə ilə keçirmək məcburiyyətində qalan lider cənab Rəcəb Tayyib Ərdoğanı izləyirik. Türkiyə Əsrin Baxışı Türkiyənin daxildə inklüziv siyasətləri ilə bağlı iddiasını yüksəltmək, o cümlədən xarici siyasət və təhlükəsizlik sahəsində əldə etdiyi qazancları möhkəmləndirmək deməkdir. Beynəlxalq sistemdə “ədalətli dünya” istəsə də, daxildə “daha ​​çox demokratiya” tələblərini qarşılamağa davam edir. Türkiyə bütün bunlarla baş etmək üçün güclü lider olan Rəcəb Tayyib Ərdoğana sahibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə