Rusiya-Ukrayna müharibəsində son vəziyyət necədir? - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Ümumilikdə götürsək, Rusiya-Ukrayna müharibəsində hələ ki tərəflər arasında sabitlik hökm sürür. Yəni, hələ ki daha genişmiqyaslı hücuma başlanmayıb. Amma bunun ehtimalları günbəgün artır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, Ukrayna və Rusiya tərəfi də öz növbəsində bu barədə hazırlıq işləri görür: "Əslində müharibə ötən həftə, xüsusilə də Moskvaya edilən dron hücumları ilə bir qədər intensivləşmişdi. Yəni, aktivlik müşahidə olunurdu. Rusiya bundan sonra hələ ki cavab addımı atmayıb".

Turan Rzayev sözlərinə belə davam edib: "İndiki məqamda əks hücum əməliyyatlarının başlanması üçün hazırlıq prosesi gedir. Hələ ki bunun anonsu verilib, amma dəqiq bir tarix qeyd edilməyib.

Əks-hücum əməliyyatları başlansa, hər halda Rusiya tərəfi müəyyən irəliləyişlər əldə edə bilər. Amma bir yerdə yenə dayanacaq. Çünki cəbhəboyu ərazilər çox genişdir. Yəni, Ukrayna cəbhəsi böyükdür. Rusiya üçün buna görə bir ərazini tutarkən, bundan əvvəlki ərazini müdafiə etmək çətin olur.

İndiki məqamda əks-hücum əməliyyatı edəcək tərəfə geniş bir plan lazımdır. Əgər bu əks-hücum əməliyyatları uğursuz alınsa, fiasko ilə nəticələnə bilər. Ukrayna tərəf isə bu hücumun qarşısını alsa, hesab etmək olar ki, növbəti mərhələdə işğaldan azad edilən ərazilər Kırıma qədər azad edilə bilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə