"Prezidentin xarici ölkəyə hər bir səfəri çox əhəmiyyətlidir" - ŞƏRH EDİLDİ
“Azərbaycan dünya ölkələri ilə həm siyasi, həm də iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycan xarici siyasətinin əsas prinsiplərindən birini də dünya ölkələri ilə bərabərhüquqlu, birgə marağa cavab verən qarşılıqlı münasibətləri qurmaq təşkil edir. Bu baxımdan Azərbaycan Prezidentinin xarici ölkəyə hər bir səfəri çox əhəmiyyətlidir. Xüsusilə də enerji sahəsində Azərbaycan çox uğurlu əməkdaşlıq sistemini qurmağı bacarıb. Ölkə Prezidentinin strateji addımları Azərbaycanı qlobal enerji təhlükəsizliyinin təmin olunmasının əsas subyektlərindən birinə çevirib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, ölkə Prezidentinin Moldovaya səfəri də iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından çox vacibdir: “Bunu Azərbaycan Prezidenti ilə Moldova rəhbəri arasında keçirilən görüş və müzakirə edilən məsələlər də aydın nümayiş etdirdi. Moldova Prezidenti və Baş Naziri ölkə Prezidentinə səfərə görə öz minnətdarlıqlarını bildirdilər, Ulu Öndərin 100 illiyi münasibətilə təbriklərini çatdırdılar. Bu da göstərir ki, Azərbaycan kifayət qədər böyük və geniş potensiala sahib olmaqla, dünya ölkələri üçün cəlbedici tərəfdaşdır. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Bunu ölkəmizlə əməkdaşlıq edən dünya ölkələrinin hər birinin liderləri bəyan edirlər. Azərbaycan Prezidentinin sözünün imzası qədər təsirli olduğunu vurğulayır və bu baxımdan da Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyduqlarını bildirirlər.
Moldova Azərbaycanla bir sıra əməkdaşlıqlara malikdir və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdırlar. Xüsusilə energetika sahəsinə maraq göstərilir. Moldovanın kənd təsərrüfatı, şərabçılıq sahəsində yaxşı təcrübəsi var. Bu istiqamətdə Azərbaycanla əməkdaşlıq qurmaq imkanları mövcuddur. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin səfərindən sonra Moldova ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq daha da genişlənəcək.
Qeyd etmək lazımdır ki, Azərbaycan-Moldova birgə komissiyası ticarət, infrastruktur və sərmayə sahəsində əməkdaşlıq imkanlarının yaradılması məqsədilə toplantı keçirəcək. Bunu Moldovanın baş naziri də vurğuladı. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Prezidenti bu səfərlə Azərbaycan-Moldova iqtisadi və ticarət əməkdaşlığının yeni istiqamətlərini təyin etmiş olacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB