"Hərbi sənaye son illərdə sürətlə inkişaf edir" - DEPUTAT DANIŞDI

"Hərbi sənaye son illərdə sürətlə inkişaf edir" - DEPUTAT DANIŞDI

"Qardaş Türkiyədə hərbi sənaye son illərdə sürətlə inkişaf edir. Dünyanın ən qabaqcıl hərbi sənayelərindən birinə malik olan Türkiyə bu istiqamətdə uğurlarını daha da genişləndirib. Artıq pilotsuz döyüş təyyarələri də ilkin sınaqdan keçirilib. Bu baxımdan Türkiyə ilə hərbi sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın müdafiə sənayesinin inkişafına böyük təkan verəcək. Təbii ki, bu həm də bizim müdafiə sistemimizi əhəmiyyətli dərəcədə gücləndirəcək". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, Türkiyənin "Baykar" şirkəti artıq bütün dünyada tanınır və bir çox uğurlu əməkdaşlıqlara imza atılıb: "Azərbaycan Müdafiə Nazirliyi ilə "Baykar" şirkəti arasında pilotsuz uçuş aparatlarının birgə istehsalına dair niyyət protokolunun imzalanması, həm də iki ölkə arasında yeni bir əməkdaşlıq istiqamətini təqdim edir. Bu gələcəkdə müdafiə sənayesi sahəsində birgə istehsalların sayının artmasını şərtləndirəcək. Eyni zamanda məsələnin subniminal tərəfi də olacaq".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə