“Bildiyimiz kimi, 30 aprel 2009-cu ildə ADNSU-da terror hadisəsi baş vermişdi. Bu terror hadisəsi nəticəsində 13 nəfər ölmüş, 10 nəfər yaralanmışdı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, terrorçunun vətəni olmur: “Kimin tərəfindən törədilməsindən asılı olmayaraq terror törədən şəxslər müəyyən sifarişlərin icraçısıdırlar”.
Deputat sözlərinə belə davam edib: “Təəssüf ki, Azərbaycan son 30 ildə çoxlu terror hadisələri ilə qarşılaşmalı olub. Qarşılaşdığımız ən çox terrorlar ermənilər tərəfindən təşkil olunmuş və həyata keçirilmişdir. Torpaqlarımız işğaldan azad olunduqdan sonra Ermənistanın azərbaycanlılara qarşı mina terroru davam etməkdədir. Müharibənin bitdiyi 2,5 ildə 300-ə yaxın vətəndaşımız minaya düşərək həlak olmuş, və ya xəsarət almışdır. Təbii ki, terrora qarşı bütün dünya həmrəylik nümayiş etdirməli və cəmiyyət üçün təhlükə mənbəyi olan bu hadisələrin baş verməməsi üçün bütün dünya ictimaiyyəti səfərbər olunmalıdır.
Ölkəmiz beynəlxalq təşkilatlarda Ermənistanın ərazilərimizdə 1 milyondan çox minanın basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrin verilməsi ilə bağlı kömək göstərilməsinə çağırışlar edir. Təəssüf ki, bəzi beynəlxalq dairələrin bu məsələyə ikili standartlardan yanaşması Ermənistanın mina terrorunun davam etdirilməsinə yol açır. Belə ki, Ermənistan torpaqlarımızda 2021-ci ildə istehsal olunmuş minalar basdırmaqla öz terrorçu niyyətlərindən əl çəkmirlər. Hesab edirəm ki, Ermənistanla sərhədlərimizin möhkəmləndirilməsi gələcəkdə yeni terror hadisələrin planlaşdırılmasının qarşısını alacaqdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB