İmişli rayon İcra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə İmişli rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının 31-ci ildönümünə həsr olunmuş “Xocalı soyqrımı” mövzusunda anım tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdən əvvəl rayon İcra hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə İmişli şəhər Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirələri ehtiramla yad edilib.
Çıxışına Ümummilli lider Heydər Əliyevin “Xocalı faciəsi bəşər tarixində tayı bərabəri olmayan bir vəhşilik aktıdır, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi cinayətdir” sözləri ilə başlayan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə sağalmayan yarasıdır. Müharibədə hər kəs ölür deyə bir ifadə var. Həqiqətən də bəziləri cismani, bəziləri mənəvi ölür. Bəs soyqırım?! Bu isə dəhşətdir! Müharibə güclülərin mübarizəsidir. Tanklar, təyyarələr, silahlar və dronlar. Soyqırım isə günahsız insanların - heç nədən xəbəri olmayan körpələrin təcavüzə məruz qalmasıdır, vəhşicə öldürülməsidir.
Çıxış edən İmişli rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə müdir müavini Rüfət Muradov qeyd edib ki, Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə ən dəhşətli və ağlasığmaz üsullarla, misli görünməmiş qəddarlıqla törədilmiş Xocalı soyqırımı bəşər tarixinə erməni faşistlərinin vəhşiliklərinin qanlı izi kimi həkk olunub.
Digər çıxış edənlər amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından geniş söhbət açıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB