Azərbayan Rumıniyanın ən böyük iqtisadi tərəfdaşıdır - DEPUTAT DANIŞDI

“Hazırda Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Rumıniya 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsini tanıyan ilk Avropa dövlətlərindən biridir. Həmin illərdən başlayaraq Azərbaycan – Rumıniya münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edib. Hər iki ölkənin prezidentləri, baş nazirləri və parlament sədrləri dəfələrlə qarşılıqlı səfərlər ediblər. İki ölkə arasında enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə əməkdaşlıq ildən-ilə daha da genişlənir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamran Bayramov bildirib. Onun sözlərinə görə, müstəqilliyə qədəm qoyandan bəri Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Uzun illər ərzində Rumıniyada fəaliyyət göstərən Azərbaycanın neft şirkəti SOCAR-ın,bu ölkədə 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Eyni zamanda, iki ölkə arasında fəaliyyət göstərən Müştərək Komissiya əməkdaşlığın genişləndirilməsində etibarlı rol oynayır.»

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, regionda Azərbaycan yeganə ölkədir ki, Rumıniyanın strateji tərəfdaşıdır. Azərbaycan Cənubi Qafqazda qardaş Rumıniyanın ən böyük iqtisadi tərəfdaşıdır. Azərbaycan-Rumıniya tərəfdaşlığı və birgə beynəlxalq layihələrin həyata keçirilməsi Cənubi Qafqazda və Avropada təhlükəsizliyə, sabitliyə və iqtisadi tərəqqiyə möhkəm zəmin yaradır. Dövlət başçımızın qeyd etdiyi kimi, ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir.
Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında söyləyib ki, Rumıniya Azərbaycanla strateji tərəfdaşlıq sənədi imzalayan ilk Avropa İttifaqı ölkəsidir: «Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb və bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıbdır».
Deputat diqqətə çatdırıb ki, Rumıniya hər zaman ölkəmiz tərəfindən irəli sürülən bütün regional iqtisadi layihələri dəstəkləyib. Həmçinin, Rumıniya Avropa İttifaqının enerji təminatında Azərbaycanın əvəzedilməz rolunu yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizi layihəsinə Aİ çərçivəsində dəstək verilməsinin əsas təşəbbüsçülərindən biridir. Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz arasında iqtisadi-ticari münasibətlər daha yüksək səviyyəyə qaldırılıb. Əvvəllər Azərbaycan Rumıniyaya yalnız neft tədarük edirdisə, bu gün artıq Azərbaycan qazının da CQD vasitəsilə Rumıniyaya çatdırlması üzrə hazırlıq işləri aparılır. Dövlətimizin başçısı bildirib ki, yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir. Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin, biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz ,artıq ,onun genişləndirilməsi haqqında danışırıq. Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq.
K.Bayramov əlavə edib ki, təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Gördüyümüz kimi, Azərbaycan enerji təhlükəsizliyinə doğru atılan addımların əsas təşəbbüsçüsü və iştirakçısı olmaqla söz sahibliyini nümayiş etdirir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə