Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb

Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb.

SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə