Litvadakı soydaşlarımız İrandakı terror hücumunu pisləyiblər

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş xain terror hücumu Litvada yaşayan soydaşlarımızı da hiddətləndirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Klaypeda şəhərində fəaliyyət göstərən “Azəris” Azərbaycan Cəmiyyətinin yaydığı bəyanatda səfirliyin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun həlak olması, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı sərt şəkildə pislənib.

Soydaşlarımız Litva ictimaiyyətə və beynəlxalq birliyə bu terror hadisəsinə qarşı sərt etiraz bildirməyə çağırış ediblər. Bəyanatda, həmçinin regionda sülh və sabitlik əleyhinə yönəlmiş təxribatların qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə