Tehrandakı səfirliyimizə hücumla bağlı xəbərlər Gürcüstan KİV-ində

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumla bağlı paylaşımı, eləcə də bu mənfur terrorla bağlı xəbərlər Gürcüstan kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, kavkasia.net, palitranews.ge, gaxa.ge, 24news.ge, interpree.ge, aktual.ge, newsday.ge, interpressnews.ge informasiya portalları, 1tv.ge və digər televiziya kanalları terror aktı ilə bağlı Azərbaycan, rus, ingilis, gürcü dillərində materiallar yayıblar.

Materiallarda Azərbaycan səfirliyinə edilən silahlı hücumla bağlı Azərbaycan Prezindentinin paylaşımı, Xarici İşlər Nazirliyinin yaydığı xəbərlər, eləcə də dövlət qurumlarının açıqlamaları barədə məlumat verilir.

Ümumilikdə məlum hadisə ilə bağlı Gürcüstan KİV-lərində 20-dən çox material dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə