“Ukrayna ordusu çətin vəziyyətə düşüb” - PARİSDƏ YAŞAYAN TƏHLİLÇİ İZAH ETDİ

“Ukrayna ordusu çətin vəziyyətə düşüb” - PARİSDƏ YAŞAYAN TƏHLİLÇİ İZAH ETDİ

“Fransa mətbuatında Rusiya-Ukrayna müharibəsindən və ukraynalıların çətinliyə düşməsindən söhbət gedir. Bildiyimiz kimi, indi qış fəslidir və orada elektrik stansiyaları bombardman olub. Nəticədə elektrik yoxdur və əhali soyuqdan əziyyət çəkir. Bu mənada bir çox xəbərlər var”. Bu sözləri SİA-ya açıqlamasında Parisdə yaşayan jurnalist və təhlilçi Maşallah Rəzmi deyib.

Onun sözlərinə görə, eyni zamanda rus qoşunları bu həftələrdə bir sıra naliyyətlər əldə ediblər və Ukrayna ordusu çətin vəziyyətə düşüb: “Ona görə Avropa ölkələrində söhbət var ki, Ukraynaya modern tank verilsin. Almaniya elan edib ki, Ukraynaya “Leopard 2” tankları göndərə bilər. Bu tanklar çox yenidir və rus tankları onlara tab gətirə bilməz. Fransa da qeyd edib ki, Ukraynaya “Leklerk” tankları verilsin. Bu da bir neçə rus taklarının gücünə bərabərdir”.

Maşallah Rəzmi sözlərinə belə davam edib: “Rusiyadan soruşdular ki, “Əgər alman tankları Ukraynaya gəlsə, siz nə edəcəksiniz?”. Rusiya dedi ki, onları və onların içində olanları da yandıracağıq.

Əsas məsələ Ukraynaya modern taklar verilməsidir. Əks halda, rus ordusu irəli gedəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə