“Həmin gecə o insanları heç nə qorxutmadı“ - DEPUTAT DANIŞDI

“Qarşıdan qanlı 20 Yanvar hadisələrinin 33-cü ildönümü gəlir. Bu tarix bizim qan yaddaşımız, ən yeni tariximizin həm kədərli, həm də qəhrəmanlıq dolu bir səhifəsidir. Biz həmin tarixdən sonra əldə etdiyimiz müstəqilliyimizi və daha sonra xalqın öz müqəddəratını təyin etməsi üçün mübarizəyə atılmasının ilk başlanğıcını həmin tarixə borcluyuq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, 20 Yanvar bizim günahsız, əli yalın insanlarımızın qətlə yetirildiyi gündür: “Eyni zamanda bir xalqın, millətin damarlarında axan qanın qəhrəmanlıqla və azadlıq hisləri ilə dolu olduğunun isbatıdır. Həmin gecə o insanları heçnə qorxutmadı. Əlbəttə təsadüf nəticəsində həyatını itirənlər də var idi. Amma xalqın böyük əksəriyyəti canlarını sipər edərək, orduya müqavimət göstərmək üçün küçələrə axışmışdı”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə