Stanislav Tarasov: “Ermənilər nə qədər müqavimət göstərsələr də, sülh müqaviləsi imzalanacaq...” - MÜSAHİBƏ

Rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov “Caliber.Az”-a müsahibəsində Ermənistan-Azərbaycan sülh prosesi haqda fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Stanislav Nikolayeviç, Qarabağda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları azərbaycanlı mütəxəssislərin və KİV nümayəndələrinin Azərbaycan ərazisində fəaliyyətinə niyə mane olurlar?

- Məncə, bu, texniki məsələdir. Düşünürəm ki, Rusiya sülhməramlıları yalnız onlara məlum olan müxtəlif amilləri əsas götürərək Azərbaycan və Ermənistan vətəndaşlarını Qarabağa buraxa da, verməyə də bilər. Ona görə də təkcə bu faktdan ciddi nəticə çıxarmağı öhdəmə götürməzdim.

- Belə olan halda izah edin ki, iranlı diversantlar Azərbaycanın Qarabağ bölgəsi ərazisinə necə daxil olurlar? Bəlkə problem Rusiya sülhməramlı kontingentinin öz vəzifələrinin öhdəsindən gəlməməsindədir?

- Bu faktla bağlı Rusiya sülhməramlılarından heç bir rəsmi təsdiqimiz yoxdur. Ola bilər ki, bunlar sadəcə saxtadır.

- Erməni terrorçularının rus generalı Volkova qarşı hədələrini də saxta hesab edirsiniz?

- Məncə, saxtadır. Ona görə də bu məsələyə münasibət bildirməyəcəyəm.

- Aİ-nin Ermənistan ərazisində monitorinq missiyasının müddətinin uzadılması ilə bağlı Fransa Xarici İşlər Nazirliyindən İrəvanın aldığı təklifə Rusiya tərəfi reaksiya verəcəkmi?

- Əgər Ermənistan tərəfi Aİ-nin öz ərazisindəki missiyasının uzadılmasına razıdırsa, deməli bu, yalnız Ermənistan üçün problemdir. Bu sualı eyni vaxtda 3 məkanda- Brüsseldə, Moskvada və Parisdə oynamağa çalışan Ermənistan tərəfinə ünvanlamaq lazımdır. Düşünürəm ki, bu cür multi-hərəkət nəticəsində İrəvan heç bir fayda görməyəcək.

- Yəni Ermənistanın siyasəti uduzur? Belə olan halda, erməni mətbuatına müsahibəsində Azərbaycanın böyük diplomatiyasını itirdiyini bildirməklə nəyi nəzərdə tutduğunuzu izah edin? Məhz belə demişdiniz...

- Mən demək istəyirdim ki, ermənilər hələ də danışıqlar prosesini uzatmağa nail olurlar. Və bunun nəticəsində Bakının hərbi qələbəsini sülh müqaviləsinə çevirməyə vaxtı yoxdur. Bu, erməni tərəfinin taktiki qələbəsini göstərir.

- Azərbaycanla danışıqları uzatmaqla Ermənistan ilk növbədə özünə zərər vurur və siz bunu əlbəttə ki, başa düşürsünüz. Bundan əlavə, siz indicə İrəvanın çoxsaylı gedişlərini qeyd etməklə bu faktı təsdiqlədiniz. Mənə deyin, Ermənistan kimin brifinqinə tabedir - Moskva, Paris, yoxsa Brüssel?

- Rusiya üçtərəfli bəyanatların icrasına çağırır, Ermənistan isə nə edəcəyinə özü qərar verir. İstəyib-istəməməyimiz başqa məsələdir. Bakının xoşuna gəlmir. Moskva isə, hələlik, neytral şəkildə izləyir.

- Sizcə, Moskvanın neytral mövqeyi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını gecikdirəcəkmi?

- Bu çox maraqlı sualdır. Hələlik, ermənilərin buna müqavimət göstərdiyi göz qabağındadır. Buna baxmayaraq, gec-tez hələ də sülh müqaviləsi imzalanacaq. Amma dəqiq nə vaxt demək çətindir.

- Və nəhayət. 2025-ci ildə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması ilə bağlı proqnozunuz necə olacaq?

- Bu ilin sonuna qədər nə baş verə biləcəyini heç kim dəqiq bilmir. Və 2025-ci il hələ çox uzaqdadır. Bu sualı proqnozlaşdırmaq, məncə, tezdir.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə