"Ulu Öndər fenomeni daim öyrənilməli, araşdırılmalı və təbliğ olunmalıdır" - MİLLİ QHT FORUMUNUN PREZİDENTİ DANIŞDI
"Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması Azərbaycan xalqı üçün çox tarixi bir məsələdir. Çünki Ulu Öndər Heydər Əliyev elə bir tarixi şəxsiyyət və fenomendir ki, onun yüzilliyinin ölkə və beynəlxalq səviyyədə qeyd olunması çox mühüm bir hadisədir".
Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.
Onun sözlərinə görə, Heydər Əliyevin fenomeni daim öyrənilməli, araşdırılmalı və təbliğ olunmalıdır: "Düşünürəm ki, Ulu Öndərin Azərbaycan xalqına miras qoyduğu o zəngin irs yüzillik çərçivəsində bir daha Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin irsi geniş şəkildə araşdırılmalıdır".
Rauf Zeyni sözlərinə belə davam edib: "Bu barədə vacib tədbirlər keçirilməlidir. Bütövlükdə o şəxsiyyətin fenomenini, Azərbaycançılıq məfkurəsini və onun düşüncələrini dünya ictimaiyyətinə çatdırmaq mühümdür. Bizim də bu barədə nəzərdə tutduğumuz tədbirlər var. Son olaraq qeyd edim ki, mənim üçün böyük şərəfdir ki, tarixi qismət nəticəsində 1990-ci il dekabr ayının 1-də Naxçıvan şəhərində Ulu Öndərlə görüşüb ondan tarixi bir müsahibə almışam".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə