Tbilisidə "Rəqabət və istehlakçı hüquqlarının müdafiəsi" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan nümayəndə heyətinin iştirakı bizim üçün çox vacibdir. Biz bu konfransda qabaqcıl ölkələrin rəqabətlilik və istehlakçı hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi layihələri öyrənirik. Bu baxımdan, azərbaycanlı həmkarlarımızın da təcrübəsi bizim üçün mühüm əhəmiyyət kəsb edir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri Gürcüstanın Milli Rəqabət Agentliyinin rəhbəri İrakli Lekvinadze söyləyib.
Onun sözlərinə görə, bu konfransda 20-yə yaxın ölkədən və 11 beynəlxalq təşkilatdan təqribən 200 ekspert və mütəxəssis iştirak edir. Bu da mövzunun aktuallığını göstərir.
Gürcüstan tərəfi konfrans çərçivəsində iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərliyi ilə görüşlər keçirəcək, müzakirələr aparılacaq.
“Sonda bəzi ölkələr, eləcə də Azərbaycan ilə əməkdaşlıq haqqında memorandumun imzalanması da planlaşdırılır”- deyə, İ. Lekvinadze vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB