Clari Spargin adlı 25 yaşlı qız, bədəninin bütün hissələrini əhatə edən sədəf xəstəliyinə görə yaşadığı pis hadisələrdən danışıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Spargin, insanların görünüşünə lağ etdiyi səbəbindən yayda bikini geyinməyə belə qorxduğunu və həyatının kabusa çevrildiyini bildirib.
Artıq tənqidlərə qulaq asmadığını söyləyən Spargin, “Kiminsə davamlı olaraq məni işarə edəcəyindən qorxdum və illərlə özümü gizlətdim. Dərimin bu halını qəbul etmək illərimi aldı, amma daha gizlətməyəcəyəm” dedi. Clari Spargin adlı gənc qız bundan sonra gizlənməyəcəyini ifadə edərək sosial media hesabından daha aktiv istifadə etməyə başlayıb. Gənc qız “İnstaqram” hesabında paylaşdığı bikinili fotoları ilə bədəni ilə bağlı tənqidlərə meydan oxuyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB