Marsda yeni həyat izləri aşkar olunub

Marsda yeni həyat izləri tapılıb.

Tapıntılar “Curiosity” roveri tərəfindən “qırmızı planet”dəki Baqnold təpəlikləri adlanan ərazidə aşkar olunub.

Roverin adıçəkilən bölgədən topladığı torpaq nümunələrində üzvi birləşmələrin olduğu müəyyənləşdirilib. Alimlər bu maddələrin mənşəyini hələ ki, aydınlaşdıra bilməyiblər.

Qeyd edək ki, rover tərəfindən ilk analoji tapıntı üç il öncə Qeyl kraterinin mərkəzi hissəsində tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə