Sənədləri saxtalaşdıran polislər saxlanılıb

Fransanın Korsika departamentində 2 polis əməkdaşı saxta sənədlərə görə saxlanılıb.

Xarici medianın verdiyi xəbərə görə regional polis idarəsinin 2 əməkdaşı informasiya sisteminə müəssisələrin guya sanitar buraxılış sənədinin olması barədə məlumat daxil edibmiş.

Hadisə restoranlarda yoxlama aparılarkən üzə çıxıb. Məlum olub ki, müəssisələrin təqdim etdiyi sənədlər saxtadır. Faktla bağlı 2 polis və 1 mülki şəxs saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə