Oksford lüğətində ilin sözü müəyyən edilib

Hər il ən populyar ingilis sözlərini müəyyən edən “Oxford English Dictionary” 2021-ci ilin sözünü müəyyən edib.

SİA Sputnik-ə istinadən xəbər verir ki, yeni növ koronavirus (Covid-19) əleyhinə peyvənd səbəbi ilə son vaxtlarda həm xalq arasında həm də səlahiyyətlilərin şəhrlərində tez-tez istifadə edilən “vaccine” sözünün abbreviaturası olan “vax” sözü 2021-ci ilin sözü müəyyən edildi. Keçən il əvvəlki dövrlərlə müqayisədə 2 dəfə artan və 1980-ci illərdə ortaya çıxan “vaksin” sözünün abbreviaturası olan “vax” kəlməsindən 2021-ci ilin sentyabr ayında əvvəlki ilə nisbətdən 72 dəfə daha çox istifadə olunduğu müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə