V hissə
Allah nə üçün bizi yaratdı?
TRT “Türkiyənin səsi” radiosu və TRT/Azerbaycan saytı “Yaradılışın sirri nədədir?” sualı ilə Azərbaycan respublikasının tanınmış teoloq və islamşunası İsmayıl Əhmədə müraciət edib. Onun maraqlı mənəvi söhbətini hissələrlə oxuculara təqdim edirik. Beşinci (sonuncu) hissə “Allah nə üçün bizi yaratdı?” adlanır.
* Birinci hissə “Quran kəlimələrində Allahın fərqli adları” - https://www.trt.net.tr/azerbaycan/maraq-dunyamiz/2020/06/19/quran-k-lm-l-rind-allahin-f-rqli-adlari-1436882
* İkinci hissə “Adəm hansı surətdə (görünüşdə) yaradıldı və...” - https://www.trt.net.tr/azerbaycan/maraq-dunyamiz/2020/06/26/ad-m-hansi-sur-td-gorunusd-yaradildi-v-1443397)
* Üçüncü hissə “İlk insan, Cənnət, mələklər” –
https://www.trt.net.tr/azerbaycan/maraq-dunyamiz/2020/07/03/ilk-insan-c-nn-t-m-l-kl-r-1447909
* Dördüncü hissə “İblis və Adəm” –
https://www.trt.net.tr/azerbaycan/maraq-dunyamiz/2020/07/10/iblis-v-ad-m-1452199
Adəmin yaşı
Müqəddəs kitablarda (Tövratda) Adəmin 930 il yaşadığından xəbər verilir. Quran bu barədə hər hansı məlumat vermir. Hərçənd hədislərdə bu rəqəm 1000 il göstərilir. Nə üçün Quran bu barədə bir xəbər vermir? Bizim qənaətimizə görə, Quran insan oğlunu sahib olduğu bilgidən xaric, başqa sözlə desək, bilə bilmədiyi və bilməsinin ona lazım olmadığı məlumatların üzərində dayanmır. Və əgər hardasa bu barədə xəbər verilirsə, bu, sadəcə ibrətamiz işarələrdir.
Adəmin harada dəfn olunduğu barədə nəql olunan rəvayətlər də çox fərqli, hətta ziddiyyətlidir. Belə ki, bəzi rəvayətlərdə (bu rəvayət onun Cənnətdən endirildiyini dəstəkləyənlər tərəfindən nəql olunur) onun ilk dəfə endiyi Hindistan yarımadasında, bəzi rəvayətlərdə isə ilk ibadətgahın yerləşdiyi Məkkə şəhərində, daha dəqiq desək, Əbu Qubeys dağında dəfn olduğundan xəbər verillir. Ümumiyyətlə, nəinki Adəmin, hətta ondan sonrakı və sonuncu peyğəmbər Həzrət Muhəmmədə (s) yaxın zamanlara qədər yaşamış peyğəmbərlərin belə harada dəfn olunduğu barədə hər hansı dəqiq məlumatımız yoxdur. Və əgər hansısa peyğəmbərin dəfn olunduğu yer barədə məlumat verilir və yer göstərilirsə, bu, adi ehtimaldan başqa bir şey deyil.
Adəmin Kitabı
Adəmin ilk peyğəmbər olduğuna dair verilən məlumatlarda ona 21 səhifəlik Kitabın nazil olduğu da xəbər verilir. Kitab ifadəsi barədə yaranan fikir ayrılıqlarının əsas səbəbi, bir çoxlarının kitab deyildikdə iki cild arasında qərar tutan yazılı səhifələrin nəzərdə tutulduğu qeyd olunur. Qurana görə, “kitab” məlumatlar toplusudur ki, bəzi ayələrdə “suhuf” olaraq keçir. Və əgər Adəm də ilk peyğəmbər olmuşsa, ona verilən bilgi toplusuna da kitab deyilə bilərdi.
Yaş həddi
Həzrət Adəmin ilk insan və ilk peyğəmbər olduğunun üzərində dayansaq, onun bu vəzifəyə hansı yaş həddində çatması, uşaqlıq, yeniyetməlik və cavanlıq dövrlərinin də keçməsi barədə bir sıra suallar yarana bilər. Halbu ki, bu barədə məlumat yoxdur. Əldə olan məlumat isə onun peyğəmbərlik dövründən sonradır. Belə ki, əgər onun uşaqlıq dövrü müzakirə edilərsə, anasının kimliyi müzakirə olunacaq, bu da silsiləvarı əlaqələrin yarandığına və heç bir nəticə əldə olunmayacağı ilə nəticələnə bilər.
İlk ibadətgah
Quran Yer üzündə inşa olunan ilk ibadətgahın Məkkədəki Kəbə evinin olduğunu vurğulayır: “Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır” (Ali-İmran, 96). Əgər ilk ibadətgah Kəbə evi olmuşsa, onun insanlığın ilk nümayəndəsi olan Adəmə aid olması da mümkündür. Sonrakı dövrdə İbrahim peyğəmbərlə (ə) oğlu İsmayıl (ə) həmin binanı təməldən inşa etmişlər.
Allah nə üçün bizi yaratdı?
Allahın heç nəyə və o cümlədən bizə ehtiyacı olmadığı bir halda O, nə üçün bizi yaratdı? Quranda bu sualın dörd cavabı var:
1. Məqsəd və səbəb
“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat, 56).
2. Allaha dua edilsin deyə
“(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz (Quranı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!” (Furqan, 77).
3. Həyatın imtahan olduğunu bəyan etmək
“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır” (Mulk, 2).
4. Mərhəmətin qaynağı olaraq insanı yaratdı
“Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün yaratmışdır” (Hud, 119).
Məntiqi cavablandırma
Allah bütün isimlərinə əzəli və əbədi sahibdir. Və bu ismlərdən biri də “Xaliq” (yaradan) ismidir. Yaradıcı olana isə “Nə üçün yaratdın?” sualı verilməz. Əgər günəş Yer üzünə işıq verirsə, “Nə üçün günəş işıq saçır?” sualı verilməz. Eyni qaydada hər hansı bir əsəri yaradan sənətkar barədə də belə bir sual verilməz. Çünki bu, onun zati-xüsusiyyətidir, yənı varlığının ayrılmaz hissəsidir.
Allaha gəlincə, Onun sifətləti yaradılış aləmində təcəlli etməlidir. Demək, əgər Allah üçün yaradıcı ismindən istifadə olunursa, bu kimi sullar verilməməlidir. Necə ki, dülgərə “Sən nə üçün dülgərlik edirsən?” sualı verilmir.
Hədisi-Qüdsidə nəql olunan hədislərdən birində buna cavab verilir (Allahın dilindən deyilir): “Mən gizli bir xəzinə idim, bilinməyi istədim”. Hətta bəzən belə bir sual da verilir: “Allah məni yaratmazdan əvvəl nə üçün məndən bunu soruşmadı? Soruşsaydı, bəlkə mən yaradılmaq istəmədiyimi deyəcəkdim…” Sualı vermək asandır, amma bir qədər məntiqi olmaq lazımdır. Çünki bu sualı vermək üçün insan oğlunun, ilk növbədə, var olması lazımdır. Var olmadan, yəni şüur sahibi olmadan necə belə bir sual vermək olar?!
Əllərimlə yaratdım
Sad surəsinin 75-ci ayəsində insanın yaradılışı barədə belə bir ifadədən istifadə olunur: “(Allah) buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”
Bildiyimiz kimi, hər dilin özünəməxsusluğu var. Hər bir dildə kəlmələrin həqiqi və məcazi mənalarda işləndiyi yerlər var. Məsələn, biri barədə “filankəs əliuzunluq edir”, “filankəs çox əliaçıq insandır” və ya “əlim üstündədir” kimi ifadələrdən istifadə olunur. Dil ilə azacıq tanış olan istənilən şəxsdən bunların mənasını soruşsan, “bunlar məcazdır” deyə cavab verəcək və birinci ifadədən məqsəd birinin başqalarının malına əl uzatdığını, ikincinin səxavətli olduğunu, üçüncünün isə nəyinsə və ya kimlərinsə nəzarət altında olduğunu vurğulayacaq. Demək, “Allahın əli” ifadəsi məcazi anlam daşıyır. Belə ki, eyni məntiqdən çıxış edərək yəhudilər: “Allahın əli bağlıdır!” (Maidə, 64) deyə ayənin zahiri mənasını əsas götürərək Allahın paxıl olduğunu bildirməkdən belə çəkinməmişlər. Halbuki, Allah barədə hər hansı bir fiziki xüsusiyyət nisbət verilə bilməz. Çünki fiziki varlığın əsas xüsusiyyəti yaradılmış olmasıdır. Yaradıcı barədə isə bunu söyləmək son dərəcə qeyri-məntiqi yanaşmadır.
Allahın zatı barədə söylənilən ifadələrdən birində deyilir: “Zehninə hər nə gəlirsə, bil ki, o, Allah deyil”. Bunu Quranın özü də təsdiqləyir: “Ona bənzər heç bir şey yoxdur” (Şura, 11). Allah Quranda özünə göz və üz nisbəti verir. Amma bütün bunlar hamılıqla məcazi anlamlardır. Yəni “əl” kəlməsi Allah barədə işləndikdə güc və səxavət, insan barədə işləndikdə isə fiziki üzv mənasında işlənir.
Yəhudilərin Allaha paxıllıq vermələrinə gəlincə, Allah onlara belə bir cavab verir: “Xeyr, Allahın əlləri açıqdır. (O, kərimdir, səxavətlidir), istədiyi kimi lütf (və ehsan) edər”.
Fəth surəsinin 10-cu ayəsində “Allahın əli sizin əlinizin üzərindədir” ifadəsi var. Ayə müsəlmanların Peyğəmbərlə beyətetmə ərəfəsində nazil olur. Məlum məsələdir ki, beyət olunarkən iştirakçılar əllərini bir-birlərinin əllərinin üzərinə qoyurlar. Ayədə belə bir ifadədən məqsəd Allahın belə bir beyətə razı olduğunu bildirməkdir. Və yuxarıda qeyd olunan ayədən - “iki əlimlə yaratdım” ifadəsində məqsəd “qüdrətimlə yaratdım” anlamına gəlir. Quranın digər ayələrində də “yəd” (əl, cəm halda əyd) kəlməsi güc mənasında işlənmişdir. Zariyat surəsinin 47-ci ayəsində buyurulduğu kimi, (vəssəma-ə bənəynahə bi əydin və inna ləmusiun) - “Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12“Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi son dörd ildə azalıb“ -ŞAHİN MAHMUDZADƏ
Siyasət 15 Oktyabr 11:59“Azərbaycanda əhalinin borc yükü 18,7 faizə yüksəlib“ -ATAXAN HƏSƏNOV
Siyasət 15 Oktyabr 11:54SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 15 Oktyabr 11:51Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
İdman 15 Oktyabr 11:48Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Hadisə 15 Oktyabr 11:47Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



