Floydun Nyu Yorkdakı büstü təhqir edilib

Amerikalı basketbolçu Corc Floydun Nyu Yorkdakı büstü boya ilə rənglənərək təhqir edilib.

“New York Post” qəzetinin yazdığına görə, əsas vəzifəsi basketbolçu olsa da, amma repçi kimi də tanınan Corc Floydun büstü Nyu -Yorkun Birlik meydanında qoyulub.

Qeyd olunur ki, naməlum bir şəxs Floydun büstünə yaxınlaşaraq onu boz boya ilə boyadıqdan sonra aradan çıxıb. Hazırda polis həmin şəxsi axtarır.

Qeyd edək ki, sentyabrın 8-də ABŞ-ın Virciniya əyalətinin Riçmond şəhər səlahiyyətliləri Amerika Konfederativ Ştatları Ordusunun Baş Komandanı general Robert Leenin abidəsini söküblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə