Son günlər internet istifadəçiləri Kim Çen Inla baş verən dəyişiklikləri maraqla izləyib müzakirə edirlər.
Belə ki, Şimali Koreya liderinin yayımlanan son şəkillərində onun xeyli arıqladığı və yeni bir saç düzümü ilə ictimaiyyət qarşısına çıxdığı görünür. Maraqlıdır ki, hətta çoxları bunun Kim Çen yox, onun bənzəri olduğunu da irəli sürürlər.
Qeyd edək ki, bir gün əvvəl KXDR -in ali başçısı dövlətin qurulmasının 73 -cü ildönümünə həsr olunmuş paradda iştirak edib. Tədbirdə marşal, ümumiyyətlə onun üçün xarakterik olan açıq rəngli boş paltar geyinib. Ancaq aydın şəkildə görmək olar ki, Kim Çenin formaları artıq gözəl rifah vəd edən xoşbəxtlik deyil. Yəni o əvvəllər olduğu kmi, dolğun Buddaya bənzəmir. Belə ki, onun arıqladığı, üstlik italyan mafiya başçıları kim, saçlarını geriyə daradığı görünür.
Bildirək ki, Kim Çenin son zamanlar ictimaiyyət qarşısına çıxmaqda çətinlik çəkdiyi bildirilir. Onun ağır xəstə olduğu barədə şayiələr yayılsa da, lakin bu barədə hələ ki, rəsmi məlumat verilməyib.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB