Qeyri-adi ördək ayda 4500 dollar qazanır

“TikTok”da 2,7 milyon izləyicisi olan “Munchkin” adlı ördək ayda 4500 dollar qazanır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Pensilvaniyada yaşayan “TikTok”un məşhur ördəyi “Muchkin”in sahibi Krissi Ellis ördəyini çox sevdiyini və “TikTok” səhifələrini gündə minlərlə insanın ziyarət etdiyini söyləyib.

Ellis açdıqları səhifə sayəsində ayda 4500 dollar qazandığını da əlavə edib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə