İtaliyada dünyanın ən böyük balqabağı yetişdirilib

İtaliyalı fermerlər Toskana şəhərində keçirilən balqabaq festivalında dünyanın ən böyük tərəvəzini nümayiş etdiriblər.

SİA tədbirin təşkilatçısı “Lo Zuccone” assosiasiyasının “Facebook” səhifəsinə istinadla xəbər verir ki, çəkisi 1226 kiloqram olan balqabaq üç gün davam edəcək “Big Pumpkin Festival” bayramına gətirilib.

“İl Messaggero” qəzetinin məlumatına görə, bu ölçüdə balqabağı yetişdirmək üçün xüsusi genetik çarpaz tozlanmaya ehtiyac var. İndi tədbirin təşkilatçıları və ağır çəkili balqabağı yetişdirən fermerlər nailiyyətlərinin “Ginnesin” rekordlar kitabı tərəfindən təsdiqlənməsini gözləyirlər.

Qeyd edək ki, hazırkı dünya rekordu 2016-cı ildə 1190,5 kiloqramlıq balqabaq yetişdirən belçikalı fermer Matias Villeminsə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə