Dikdaban ayaqqabıların tarixi və yaranması...

Müasir moda sənayəsi bizə müxtəlif hündürlükdə və formada olan dikdaban ayaqqabıları təklif edir.Bəs dikdaban ayaqqabılar necə ,harada və kim tərəfindən yaradıldi?

Bizdə olan məlumatlara əsasən ilk olaraq dikdaban ayaqqabılar Qədim Misirə təsadüf edir.Orada əkinçilər lilli torpaqda sürüşməmək üçün ayaqlarına konusvari dikdaban ayaqabıllar geyinirdilər.

Mütəxəsislərin rəyinə görə ilk dikdaban ayaqabıları süvarilər geyinmişdir beləki dikdabanlar onların ayaqlarının yüyəndə sürüşməyinə icazə vermirdi.Bu 15-ci əsrin sonunda 16-ci əsrin əvvəllərində baş vermişdir.Kiş ayaqqabısında dikdaban belə yaranmışdır.Qadın ayaqqabılarında isə dikdabanlar bir qədər sonra yaranmışdır.Hesab olunur ki belə dikdabanlar Avropaya İtaliyadan Kraliça Yekaterina Mediçi ilə birlikdə gəlmişdirlər.O,bu dikdaban ayaqqabıları öz toy mərasiminə geyinmişdir

17 -ci əsrin əvvəlində dikdaban ayaqqabıları Fransada aristokrat mühitlərində həm kişilər həm də qadınlar geyinirdilər. Düzdür, dikdaban çox hündür deyildir, kişilərdə enli qadınlarda isə nisbətən ensiz idi.

Rokoko dövrünün zərif fransız dikdaban ayaqqabıları bu günə gədər bizləri valeh edir.Belə dabanın ortasına çəkilmiş (hərdən 15 sm olan) dikdabanlar ayağı vizual olaraq kiçildirdi.Fransız İnqilabı nəin ki aristokratiyaya həmçinin də dikdabanlara zərbə vurdu.

Yalnız 19cu əsrin ortalarında dikdabanlar geri döndü. Elə bu vaxtlarda ayaqqabıları sol və sag ayaglar üçün fərqli etməyə başlamişdirlar.Dikdabanlarda həmçinin fərqli formalarda olmağa başlamışdirlar.

20 ci əsrin əvvəllərində dikdabanlar nəzərə çarpacaq dəyişiklikərə uğramayır,lakın daha rahat formada olmağa başlayır.Bu gün,heç bir qarderobu dikdabansız təsəvvür etmək mümkün olmur.Müasir dizaynerlər isə öz aralarında ən fantastik dikdaban yaratmaq üçün yarışırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə