Honkonq sakinlərini göydələnlərlə təəccübləndirmək mümkün deyil. Meksikanın “Cachoua Torres Camilletti” dizayn studiyasının bu baxımdan təklif etdiyi layihə isə fantastik filmdən kadra bənzəyir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, memarların təklif etdiyi iki çoxmərtəbəli bina layihəsində şaquli düyü sahələri bir çox körpü ilə biri-birinə bağlanacaq.

Müəlliflərin fikrincə, belə bir qeyri-standart layihənin reallaşması üçün böyük maliyyə vəsaiti tələb olunduğundan onun yaxın zamanda ərsəyə gəlməsi mümkünsüzdür.

Bütün xəbərlər Facebook səhifəmizdə