Frida Kalonun avtoportreti hərraca qoyulub

Meksikalı rəssam Frida Kalonun avtoportreti hərraca qoyulub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Britaniya mərkəzi hərrac evi Sotebi (Sotheby's) tərəfindən satışa çıxarılacaq əsərin 30 milyon dollara satılacağı gözlənilir.

Avtoportret 22-25 oktyabr tarixlərində paytaxt Londonda sərgilənəcək. Daha sonra hərracın keçiriləcəyi Nyu-York şəhərinə aparılacaq. Hərrac evi Frida Kalonun avtoportretinin rekord qiymətə alıcı tapacağını gözlədiyini bildirib.

1949-cu ildə çəkilmiş “Diyego və mən” (Diego y yo) adlı avtoportretin Kalonun 2016-cı ildə satışa çıxarılan "Meşədə iki çılpaq" əsərinin hərrac rekordunu qıracağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə