Həkim ən pis səhər yeməyi yeməklərinin adını çəkdi

Qastroenteroloq Tatyana Batyuxno, səhər yeməyində yeyilməməli olan yeməklərin adını çəkib.

Həkimə görə ən pis səhər yeməyi sandviçdir. Buna bəziləri buterburod da deyir. Belə ki bu yeməyin tərkibində faydalı iz elementləri yoxdur: bədəni yalnız çox miqdarda yağ və kalori ilə təmin edir. Həkim çörəyi tam taxılla əvəz etməyi və səhər saatlarında sendviçlərdən tamamilə imtina etmək, mümkün olmadıqda, isə kolbasa yerinə pendir qoymağı məsləhət görür.

Qeyd edək ki, rus həkim, yüksək qlükoza miqdarı səbəbiylə taxıl və dənli bitkilərdən də tədricən imtinanı məsləhət bilir: “Əvvəlcə doyurur, güc artımını stimullaşdırır, amma tezliklə aclıq yaradır”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə