Dalğalar on üç metrlik nəhəngi sahilə atıb

Kamçatka diyarının Aleut inzibati rayonuna aid olan Berinq adası sahilində Qırmızı kitaba düşmüş 13 metrlik qozbel balina cəmdəyi tapılıb.

Bu barədə çərşənbə axşamı S.V.Marakov adına "Komandorski" Dövlət Təbiət Biosfer Qoruğunun mətbuat xidməti məlumat verib. Məlumata görə, qoruğun elmi şöbəsinin mütəxəssisləri heyvanın cəmdəyini ölçüblər və daha sonra tədqiqat aparmaq üçün balinadan toxuma nümunələri götürüblər.

Qeyd edək ki, bu qozbel balina növü Beynəlxalq Qırmızı kitaba və Rusiyanın Qırmızı Kitabına daxil edilib. Mütəxəssislərin qənaətinə görə, bu dəniz heyvanlarının hazırda dünya okeanında sayı təxminən 60 mindir.

Bütün xəbərlər Facebook səhifəmizdə