Dərinizin daha təravətli və gözəl görünməsini istəyirsinizsə, ona davamlı olaraq baxım göstərməlisiniz. SİA xəbər verir ki, cökə maskası dərinin yaşlanmasını gecikdirir və ona rahatlıq bəxş edir.

Maskanın tərkibi:
- Cökə yarpağı
- 1 fincan isti süd

Hazırlanması:
Maska tətbiq olunmazdan əvvəl dərinin təmizlənməsi vacibdir. Südü istilədib içərisinə çökə yarpağı atın və 15 dəqiqə dəmlənməyə qoyun. Daha sonra süzüb üzünüzə onunla masaj edin. 15-20 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə yuyun. Bu maskanı həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz. Dərinizin möhkəmləndiyini və gözəlləşdiyini hiss edəcəksiniz.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə