Rus olimpiyaçıları BMW-lərini satırlar

Rusiya səlahiyyətlilərindən hədiyyə olaraq BMW avtomobilləri alan Tokio 2020 mükafatçılarının bəziləri artıq həmin maşınları satışa çıxarıblar.

Xatırladaq ki, Tokio 2020-də qızıl medal qazananlara (31 nəfər) hədiyyə olaraq 7,19 milyon rubl, həm də “X5” krossoveri, gümüş və bürünc medal sahiblərinə isə müvafiq olaraq 5,77 milyon və 5,14 milyon rub və müxtəlif avadanlıqla təchiz edilmiş “BMW X3” avtomobili verilib.

Qeyd edək ki, “Avto.Ru” saytında Olimpiya avtomobillərinin satışı "Rus Olimpiyaçılarına Dəstək Fondu" etiketləri ilə sübut olunur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə