Komersiya gəmisi uğurla orbitə çıxıb

“SpaceX” operatorunun verdiyi məlumata görə, dünyanın ilk peşəkar olmayan kommersiya ekipajı “Crew Dragon” kosmik gəmisi uğurla orbitə çıxıb.

Məlumata görə, idarə olunan kosmik gəmi “Falcon 9” raketi ilə orbitə çıxarılıb. Qeyd edək ki, raket cümə axşamı gecəsi Floridadakı Canaveral burnundan həyata keçirilib.

Onu da xatırladaq ki, “Inspiration 4” adlanan missiyanın bütün xərcləri milyarder, Amerikanın “Shift4 Payments” şirkətinin rəhbəri və eyni zamanda həvəskar pilot olan 38 yaşlı Cared Ayzekman tərəfindən tam olaraq ödənilib. Qeyd edək ki, o da hazırda ekipaj üzvlərindən biridir.

Ondan əlavə, gəminin göyərtəsində “Müqəddəs St. Jude Uşaq Araşdırma Xəstəxanası”nın həkimi Hayley Arsenio, keçmiş NASA astronavtı Sian Proctor və “Lockheed Martin” şirkətinin mühəndisi Kristofer Sembroski var.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...