Uzunömürlülərin sayı rekord həddə çatır

Yaponiyada uzunömürlülərin sayı yeni rekord hədd müəyyən edərək 86 min 500 nəfəri ötüb.

Bu barədə sentyabrın 14-də Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb. Bildirilir ki, ölkə üzrə yaşı 100 və daha yuxarı sakinlərin sayı 86 min 510 nəfərə çatıb. Onların da arasında kişilərin sayı ilk dəfə 10 min həddini ötüb.

Nazirlik, həmçinin bəyan edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6060 nəfər çoxdur və həmin göstərici artıq 51 ildir ki, ardıcıl şəkildə artmaqda davam edir.

Məlumatda bildirilir ki, həmin şəxslərin 88,4 faizini (76 min 450 nəfər) qadınlar təşkil edir. Bu, əvvəlki, illə müqayisədə 5 min 475 nəfər çoxdur. Kişilərdə isə bu fərq 585 nəfərə bərabərdir.

Əlavə olaraq qeyd edilir ki, qadınlar arasında ən uzunömürlü Fukuoka prefekturasında yaşayan Kane Tanakadır və hazırda onun 118 yaşı var. “Ginnesin rekordlar kitabı” onu dünyanın ən yaşlı insanı elan edib. Kişilər arasında isə Nara prefekturasının 111 yaşlı sakini Mikizo Ueda ən uzunömürlü yapon kişi hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...