Braziliya klubunun rəhbər heyətində koronavirus aşkarlanıb

Braziliyanın “Kruzeyro” klubunda prezidentin səlahiyyətlərini icrə edən Xose Dalay Roşa koronavirusa yoluxub.

SİA xəbər verir ki, bu barədə klubun “Tvitter” hesabı məlumat yayıb.

Xose Dalay Roşayla yanaşı, klubun İdarə Heyətinin üzvü olan həyat yoldaşı Aleşandre Fariya və qızında da koronavirus aşkarlanıb.

Bir müddət əvvəl Braziliyanın “İnternasional” klubunun prezidenti Marselo Medeyrosda da koronavirus aşkarlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...