Yaşıl çayın yalnız faydalı yönləri haqqında məlumat eşitməyi adət etmişik. Onun istifadəsi uzunömürlülüyün, cavanlığın və sağlamlığın təminatı kimi qələmə verilir. Lakin çox qəbul edildikdə bu bitkinin sağlamlığa neqativ təsiri haqqında məlumatlar aşkar edilib. SİA-nın məlumatına görə, İspaniyada aparılan tədqiqatlar zamanı məlum olub ki, yaşıl çay hamilə qadınların sağlamlığına kifayət qədər pis təsir göstərə bilər. Hamilə qadın gündə iki və daha artıq fincan yaşıl çay qəbul edirsə onun orqanizmi fol turşusunu mənimsəyə bilmir.

Fol turşusunun isə ana bətnində uşağın sinir sisteminin formalaşmasında əvəzsiz rol oynadığı hamıya məlumdur. Bundan əlavə, yaşıl çay həvəskarları dəmir çatışmazlığından, anemiyadan əziyyət çəkirlər.

Bu yaxınlarda Nyu Cersi universitetinin alimləri sübut ediblər ki, yaşıl çayın tərkibində olan polifenol birləşmələri qaraciyərin parçalanmasına gətirib çıxarır.

Təbii ki, bütün sadaladıqlarımız yaşıl çayın orqanizmə müsbət təsirlərini inkar etmir, amma necə deyərlər – Hər şey qədərində yaxşıdır. Yaşıl çayı gündə iki fincandan artıq içmək məsləhət deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə