...İllinoys ştatının Neypervill şəhərində yaşayan Erik Kleybel UPI Eyfel Qülləsinin surətini tikərək dünya rekordu qırdı. Kleybel tikinti ilə maraqlandığını, inşaat mühəndisi olan atasının sayəsində başladığını söyləyib.
SİA-nın məlumatına görə, onun model qurmağa olan marağı uşaqlıqdan başlayıb.
...Kiçik yaşlarımda, həqiqətən də, Muzqaymaq çubuqlarından əşyalar düzəltməyə həvəsli idim.
Erik deyir.
2021-ci ildə, 12 yaşında Kleybel 6 metrdən çox hündürlüyündə Muzqaymaq çubuqlarından qüllə tikdi və ilk dəfə Ginnesin Rekordlar Kitabına düşdü.
Onun nailiyyəti sonradan aşıldı, lakin yeniyetmə bu ilin oktyabr ayında yeni bir materiala - diş çöplərinə keçərək rekordu bərpa etdi.
Kleybelin sözlərinə görə, layihə parçaların ölçüsünə görə xeyli çətin oldu. Çətinliklərə baxmayaraq, o, yalnız diş çöpləri və yapışqan istifadə edərək konstruksiyanı yığa bildi və rəsmi olaraq yeni bir dünya rekordu qırdı.
Yeniyetmə böyük miqyaslı modellərlə işləməyə davam etmək və öz nailiyyətini yenidən qırmağa çalışmaq ehtimalını istisna etmir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB