Dağıstanlı Patimat ABŞ-da evini soyğunçuluqdan xilas edib...

...ABŞ-da, Los-Ancelesdə yaşayan Patimat adlı dağıstanlı qadın ailəsini soyğunçuluqdan xilas edib,

SİA-nın məlumatına görə, bu barədə Telegram kanalı Mash Gor xəbər verir.

Deməli, şəxsi Mercedes Geländewagen SUV-da hərəkət edən qadın evdə uşaqları ilə olan anası ilə telefonla danışırmış. ..Telefonda qışqırıq səslər eşidən qadın dərhal evə tərəf istiqmət alıb.

Və evə yaxınlaşarkən bu an qapını sındırmağa çalışan oğrular içəridə insanların olduğunu anlayıb Hondalarına tərəf qaçmağa başlayıblar.

Amma Patimat idarə etdiyi maşını oğruların maşınına çırpıb və oğruları maşınsız qaçmağa məcbur olublar.

Hadisə yerinə gələn polis Hondanın içərisindən radiolar, oğurluq alətləri, saxta sənədlər və bir neçə nömrə nişanı tapıblar.

Qonşular eyni maşını əvvəllər oğurluq edilmiş başqa bir evin yaxınlığında gördüklərini bildirdilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə