...Çin yenidən dünyanı öz kulinariya “ləzzətləri” ilə təəccübləndirir.
Xatırladaq ki, çinlilərin qeyri-adi qəlyanaltıları ilə məşhur olduqları çoxdan məlumdur.
Belə ki, onlar çəyirtkə, bambuk qurd sürfələri, ipək qurdu pupası və s...nə gəldi yeyirlər.
SİA-nın məlumatına görə, onlar bu cüciləri xırtıldayana qədər duz və istiotla qovururlar.
Çinlilər həmçinin ilbiz şorbası, ilan şorbası, çürük balıq, çürük yumurtanı da ədviyyatlarda qızardılmış çınqıllarla yeyirlər.
Lakin son zamanlar onların təxəyyülü irəliləyib.
İndi isə çinlilər qeyri-adi bir içki hazırlayıblar.
Bu, tarakanlar və qurudulmuş sarı un qurdları ilə kapuçino və qarışqalarla qarışdırılmış qara qəhvədir.
Bu qeyri-adi içkini Pekin Həşərat Muzeyində sınaya bilərsiniz.
...Biz həşərat muzeyiyik, ona görə də içkilərimizin ümumi mövzuya uyğun olması məntiqlidir, - deyə muzey rəhbərliyi izah edib.
Bir stəkanın qiyməti təxminən 45 yuan (rus pulu ilə 500 rubl) təşkil edir. Müəssisə bütün inqrediyentlərin ənənəvi Çin təbabətində ixtisaslaşmış mağazalardan alındığını və təhlükəsiz olduğunu iddia edir.
Hətta onların faydalı olduğunu da iddia edirlər.
Tarakan tozu qan dövranını yaxşılaşdırır, sarı un qurdları isə immunitet sistemini gücləndirir.
Tarakan kapuçinosu bir az turş, qarışqa kapuçinosu ədviyyatlı, qurd kapuçinosu isə yanmış dada malikdir.
Bu içkilər artıq qeyri-adi dadları sevənlərin diqqətini cəlb edib və populyarlıq qazanır.
Muzey həmçinin yeni qastronomik təklif hazırlayır, lakin adı hələ də gizli saxlanılır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB