...Moskvadakı “Taras Bulba”nın adını daşıyan Ukrayna restoranında işləmiş ofisiantın anası oğlunun müsəlman müştərilərə salo təqdim etdiyi üçün işdən çıxarıldığını deyib. Qadının sözlərinə görə, onun oğlu qonaqları incitmək niyyətində olmayıb, çünki müəssisə tez-tez əsas sifarişdən əvvəl pulsuz yemək təklif edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə restoranın Yujnoye Butovoda yerləşən filialında baş verib. İşdən çıxarılan ofisiantın anasının sözlərinə görə, “Taras Bulba”da müştəriləri içki və salo ilə qarşılamaq adətdir və bununla da müəssisənin tematik diqqətini vurğulayır.
Həmin gün ofisianta müsəlmanlara xidmət edəcəyi barədə xəbərdarlıq edilməyib.
Ananın dediyinə görə, qonaqlar adi müştərilərə bənzəyiblər. Ofisiant ənənəyə sadiq qalaraq, münaqişəyə səbəb olan “aşpazdan kompliment” – salo gətirib.
O, sadəcə olaraq, həmişə etdiyi şeyi edib, amma bu dəfə alınmayıb.
Gətirilən ətin donuz əti olduğunu görən müştərilər direktoru çağırdıblar.
Bunu işdən çıxarılan ofisiantın anası "Podyom" nəşrinə bildirib.
Qadın oğlunun heç kimin dini hisslərini incitmək niyyətində olmadığını, lakin ondan üzr istəməsini tələb etdiyini vurğulayıb. Buna cavab olaraq, ananın dediyinə görə, oğlu işdən çıxmaq qərarına gəlib.
Keçmiş ofisiantın anası qeyd edib ki, o, keçmiş işəgötürəndən üzr və ya təzminat gözləmir, dinlərarası ixtilafı da qızışdırmaq istəmir.
…Moskvanın “Taras Bulba” restoranının rəhbərliyi hələlik bu hadisə ilə bağlı rəsmi şərh verməyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə